Rusiya Prezidenti Vladimir Putin ermənipərəst televiziya aparıcısı Vladimir Solovyovu “Vətən qarşısında xidmətlərinə görə” III dərəcəli ordenlə təltif edib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Mükafat Solovyovun informasiya sahəsinin inkişafı və vətənpərvər tərbiyənin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xüsusi xidmətlərə görə verilib.
