AZ

Gündüz İsmayılov: Forumda ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalar təmsil olunur

Bakı, 24 dekabr, AZƏRTAC

Dünyanın bir çox ölkəsində din xadimlərinin forumları keçirilsə də, Azərbaycandakı tədbir öz mahiyyətinə görə onlardan fərqlənir. Belə ki, digər ölkələrdə bu cür forumlar adətən tək bir dinin təmsilçilərinin iştirakı ilə məhdudlaşır. Azərbaycanda isə forum iştirakçıları təkcə müsəlmanlardan ibarət deyil. Bura xristian, yəhudi və digər dini konfessiyaların nümayəndələri də qatılır. Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalar və Azərbaycanın bütün bölgələri bu platformada təmsil olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, forumun digər önəmli fərqləndirici məqamı isə qadınların bu prosesdə iştirakıdır. "Əksər ölkələrdə keçirilən dini qurultaylarda qadın din ayini icraçılarına rast gəlmək demək olar ki, qeyri-mümkündür. Lakin bizim forumda imamlarla yanaşı, qadın din ayini icraçıları və ilahiyyatçılar da yaxından iştirak edirlər", - deyə sədr müavini diqqətə çatdırıb.

Gündüz İsmayılov bildirib ki, bu amillər sahə üzrə mövcud məsələləri bütün bölgələrdən və konfessiyalardan olan din xadimləri, eləcə də qadın mütəxəssislərlə birlikdə geniş tərkibdə müzakirə etməyə imkan verir.

Seçilən
32
1
azertag.az

2Mənbələr