AZ

“Çelsi"yə zədəlilərdən şad xəbər

“Çelsi”nin baş məşqçisi Enzo Mareska iki futbolçusunun – Estevao və Liam Delapın – komandaya qayıtdığını bildirib.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Estevao qayıdıb və şənbə günü keçiriləcək oyuna hazırdır. Estevao və Delap – hər ikisi geri dönüb. Delapın nə qədər müddət oynaya bilməyəcəyini tam bilmirdik, amma şənbə günü o, komandaya qoşulacaq. Oyunçuların hazır olmasından məmnunuq”

Qeyd edək ki, “Çelsi” və “Aston Villa” 27 dekabr saat 21:30-da Bakı vaxtı ilə qarşılaşacaqlar. Turnir cədvəlində London klubu 4-cü pillədə (29 xal), Birmingham təmsilçisi isə 3-cü pillədədir (36 xal).

Seçilən
37
90deqiqe.az

1Mənbələr