AZ

RUSİYA 20 MADDƏLİK SÜLH PLANINI RƏDD EDİR Hansı tələbləri irəli sürür?

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi yenilənmiş 20 maddəlik sülh planını qəbul etməyib. Kreml sənədin dəyişdirilməsində israrlıdır və danışıqlar zamanı qarşılıqlı tələblər irəli sürmək niyyətindədir.

"AzPolitika" bildirir ki, bu barədə 24 dekabr tarixində "Bloomberg" agentliyi Rusiya rəhbərliyinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Moskva təqdim olunan sənədi gələcək danışıqlar üçün yalnız “başlanğıc nöqtəsi” kimi dəyərləndirir. Kreml hesab edir ki, plan Rusiyanın prinsipial saydığı bir sıra məsələləri əhatə etmir və mühüm suallara cavab vermir.

Xüsusilə, Rusiya Ukrayna Silahlı Qüvvələrinə dair məhdudiyyətlərin daha sərt şəkildə müəyyənləşdirilməsini tələb edir.

"Bloomberg"in mənbəsinə görə, Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair hüquqi zəmanətlərin verilməsini, eləcə də Ukraynanın Avropa İttifaqına üzv olacağı təqdirdə onun neytral statusunun rəsmi şəkildə təsbit edilməsini istəyir. Mövcud layihədə isə yalnız Ukraynanın nüvə silahından azad statusu qeyd olunur.

Bundan əlavə, Kreml müharibədən sonrakı dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətləri kifayət qədər sərt hesab etmir. Layihəyə əsasən, sülh şəraitində ordunun sayının 800 min nəfərlə məhdudlaşdırılması nəzərdə tutulur ki, Moskva bunu qəbuledilməz sayır.

Rusiya tərəfi, həmçinin Ukraynada rus dilinin statusuna dair konkret təminatlar, Qərbin tətbiq etdiyi sanksiyaların ləğvi və xaricdə dondurulmuş Rusiya aktivlərinin taleyi ilə bağlı məsələlərin də aydın şəkildə tənzimlənməsini tələb edir.

Rasim

"AzPoltika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
azpolitika.info

1Mənbələr