AZ

“Qrenlandiyanı ələ keçirmək niyyətimiz yoxdur”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Vaşinqtonun adanı hərbi yolla ələ keçirmək niyyətinin olmadığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.

Ceff Lendrinin sözlərinə görə, ABŞ adanı “fəth etməyə” çalışmır, əksinə Qrenlandiya sakinləri ilə dialoq quraraq onların gələcək gözləntilərini öyrənmək istəyir.

O, ABŞ-nin hər zaman qonaqpərvər ölkə olduğunu vurğulayaraq, Tramp administrasiyasının hər hansı bir ölkənin ərazisini zorla zəbt etmək planının olmadığını bildirib. Lakin xüsusi nümayəndə, eyni zamanda ölkəsinin adanı satın almaq niyyətini bir daha təsdiqləyib.

Xatırladaq ki, dekabrın 22-də Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin etdiyini elan etmişdi. ABŞ Prezidenti bu addımı ölkənin milli təhlükəsizliyini təmin etmək zərurəti ilə əsaslandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr