AZ

Orban: Qərbi Avropa üç əsas səhv ucbatından tənəzzülə uğrayıb

Macarıstanın Baş naziri Viktor Orban Qərbi Avropada mövcud böhranın əsas səbəbləri ilə bağlı açıqlama verib. O, Qərbi Avropanın “üç əsas günah” nəticəsində tənəzzülə uğradığını bildirib.

Bu barədə Orban Macarıstanın Magyar Nemzet qəzetinə verdiyi müsahibədə danışıb.
Baş nazirin sözlərinə görə, bu amillər arasında qlobal iri biznes maraqlarının xalqın maraqlarından üstün tutulması, miqrantların nəzarətsiz şəkildə qəbul edilməsi və uşaqların “woke” və gender ideologiyası ruhunda tərbiyə olunması yer alır.

“Qərbi Avropanı dağıdan üç günah var: öz xalqının maraqları əvəzinə qlobal iri biznesin maraqlarına üstünlük verilməsi; miqrantların qəbul edilməsi və yerləşdirilməsi; həmçinin uşaqların woke və gender ideologiyası əsasında yenidən formalaşdırılması”, – deyə Viktor Orban vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr