AZ

Bizim üçün Səbail i məğlub etmək çox böyük nəticədir Tural Cəlilov

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1-ci Liqanın 12-ci turunda autsayder "Şimal" səfərdə "Səbail"i 4:3 hesabı ilə məğlub etdi. Sensasiyaya imza atan komandanın baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Çox sevincliyik. Bizim üçün "Səbail" məğlub etmək çox böyük nəticədir. Rəqib iddialı, geniş heyətə malik komandadır. Bu qələbə həm də böyük motivasiyadır. 

İlin son matçından öncə uşaqlardan rahat oynamalarını, meydanın hər qarışı uğrunda mübarizə aparmalarını istədim. Sağ olsunlar, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib qələbə qazandılar. Hesabı rəqib açsa da, geridönüş etməyi bacardıq. Fasilədə bir qədər güclənmək niyyətindəyik. Məqsədimiz Birinci Liqada qalmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
fanat.az

1Mənbələr