AZ

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

"Atletiko"nun müdafiəçisi Xavi Qalan La Liqada klubunu dəyişəcək.

Paralel.az xəbər verir ki , ispaniyalı futbolçu "Osasuna"ya keçəcək. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
 

Madridlilər Qalanın keçidindən 500 min avro gəlir əldə edib. 31 yaşlı sol cinah müdafiəçisi "Osasuna" ilə 2026-cı ilin yayınaa kimi nəzərdə tutulan müqavilə imzalayıb.


O, gələn ilin 1 yanvar tarixində yeni komandasının düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Atletiko" Xavi Qalanı 2023-cü ilin yayında "Selta"dan 5 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi edib.

Seçilən
6
2
paralel.az

4Mənbələr