Ceyk Polun üzü tanınmaz hala düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Mayamidəki “Kaseya Center” arenasında keçirilən döyüş məşhur bloqer Ceyk Pol üçün ağır nəticələnib. Britaniyalı boksçu Entoni Coşua ilə qarşılaşma zamanı Pol rəqibindən onlarla sarsıdıcı zərbə alıb.
Zərbələrin təsirindən blogerin üzü o qədər şişib ki, bu mənzərə sosial şəbəkələrdə “Ceyk Polun üzündə ikinci Ceyk Pol böyüyüb” kimi şərhlərə səbəb olub.
Döyüşün yekunu isə daha ciddi olub: Ceyk Pola çənənin ikiqat sınığı diaqnozu qoyulub.
Xuraman Etibarlı
İnterpress.az