Nigeriyanın şimal-şərqində axşam namazı zamanı məsciddə partlayış baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Vanguard” qəzeti məlumat yayıb.
"Borno əyalətinin paytaxtı Mayduquri şəhərindəki böyük Qamboru bazarındakı məscidə yerləşdirildiyi ehtimal edilən hazır partlayıcı qurğular insanlar namaz qılarkən partlayıb”, - xəbərdə qeyd olunub.
Partlayış yerli vaxtla təxminən saat 18:00-da baş verib. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.
QAZİLER.AZ