Sabah Şəkinin 4 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi tərəfindən Şəki rayonu ərazisində yerləşən Əliyar kəndində yeni çəkilmiş d-159 mm-lik qaz xəttinin mənbəyə qoşulması ilə bağlı işlərin aparılması planlaşdırılır.
Bildirilib ki, bununla əlaqədar olaraq sabah saat 09:30-dan etibarən işlər yekunlaşanadək Çolaqlı, İbrahimkənd, Fazıl və Cəfərabad kəndlərində ümumilikdə 729 abonentin qaz təchizatı daxildən müvəqqəti olaraq dayandırılacaq.
Aparılan işlər başa çatdırıldıqdan sonra qaz təchizatı tam şəkildə bərpa ediləcək.