AZ

Fabreqas "Komo"nu bu halda tərk edə bilər

Sesk Fabreqasın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Fanat.Az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, Fabreqas "Mançester Siti" və ya "Barselona"dan təklif almadığı müddətdə "Komo" klubundakı layihəni tərk etməyi düşünmür.

İspaniyalı mütəxəssis hazırkı layihədən razıdır və komandanın uzunmüddətli inkişaf planında qalmaqda qərarlıdır.

Qeyd olunur ki, Fabreqas yalnız xüsusi və iddialı layihə halında karyerasında dəyişiklik edə bilər.

Kamil Xudiyev

Seçilən
7
fanat.az

1Mənbələr