AZ

Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb

Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Hüseynağa Bağırova məxsus “VAZ-2107” markalı minik avtomobilində qəfil yanğın baş verib. Nəticədə maşının salonunda olan 3 yaşlı Seyfəl Bağırlı yanaraq həyatını itirib.

Hadisə ata avtomobili təmir edərkən baş verib. Belə ki, azyaşlı atasının yanında olub və təmir prosesi zamanı avtomobilin salonuna daxil olaraq orada oturub. Hüseynağa Bağırov qısa müddətlik işini yarımçıq qoyaraq oradan uzaqlaşıb, geri qayıtdıqda isə nəqliyyat vasitəsindən tüstü çıxdığını görüb.

Atası uşağı xilas etmək məqsədilə dərhal avtomobilin qapısını açsa da, alov daha da güclənib. Nəticədə alovun içində qalan 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
3
anews.az

4Mənbələr