Cənubi Koreya İqtisadiyyat və Maliyyə Nazirliyi çərşənbə günü valyutasının zəifləməsindən narazılığını bildirib.
HİT.az bu baədə Yonhap Xəbər Agentliyinə istinadən xəbər verir.
Nazirliyin sözçüsü mediaya verdiyi qısa açıqlamada Cənubi Koreya vonunun ABŞ dollarına qarşı həddindən artıq dəyərsizləşməsini arzuolunmaz adlandırıb. O, əlavə edib ki, bazar tezliklə hökumətin valyutanı sabitləşdirmək üçün qəti öhdəliyini görəcək.
Son 30 gün ərzində von dollara qarşı 10 pips düşərək ABŞ dolları üçün 1464 von təşkil edib.
Bundan əvvəl, vəziyyəti təhlil etdikdən sonra Bank of America ilin sonuna qədər vonun 2012-ci ildən bəri ən zəif səviyyəsinə düşəcəyini proqnozlaşdırmışdı. Bu, əsasən valyutaya əhəmiyyətli təzyiq göstərən portfel axını ilə əlaqədar olacaq. Sentyabr ayında vonun dəyərsizləşməsinin başlaması Koreya investorları arasında ABŞ səhmlərinə tələbatın artması ilə üst-üstə düşdü. Bank of America rəsmilərin artan ritorikasına baxmayaraq, USD/KRW məzənnəsinin 1480-ə yaxınlaşacağını proqnozlaşdırır.
Samir