AZ

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

"Karvan-Yevlax"ın qış hazırlıq planı müəyyənləşib.

Paralel.az xəbər verir ki “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.

Bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
 

Rəqiblərdən birinin adına aydınlıq gəlib. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvar ayının 17-də Yevlax şəhər stadionunda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.


Qeyd edək ki, "Karvan-Yevlaax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.

Seçilən
7
3
paralel.az

7Mənbələr