Adətən, yayınçı kanalın şərhçiləri də bölgələrə ezam olunur. Bəs bu dəfə bu nəyə görə alınmadı? Kanalın öz qərarı idi, yoxsa hansısa problem yaranmışdı?
Sualı Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru Gündüz Abbaszadədən soruşduq:
“Bu mövsün ilk dəfə belə olmur. Ardıcıl rayon yayınlarımız olanda texniki heyət daha əvvəldən gedir. Çalışırıq ki, bir turun oyunlarını ayrı-ayrı şərhçilər şərh etsinlər. Həftəiçi şərhçilərimizin verilişləri olur, icmalları olur. Onlar Bakıda da bizə lazım olurlar. O heyətlə birgə göndərə bilmirik. Texniki heyət üç oyun üçün 3 günlük səfərə çıxmışdı. Buna görə də studiyadan şərh etdik. Məncə, heç bir problem yoxdu. “CBC Sport” kanalı olaraq, oyunu stadiondan şərh etməyin tərəfdarıyıq. Bəzən istisnalar olur, bu da istisna idi. Qış fasiləsindən sonr böyük ehtimalla bu hal təkrarlanmayacaq”.
MÜZƏFFƏR QULUZADƏ