AZ

Aİ parçalanma prosesindədir - Orban

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin (AB) parçalanma prosesində olduğunu bildirərək, "Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə tətbiq olunmur və birlik bu şəkildə dağılır" dedi.

Turkustan.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban "Avropa Birliyinin (AB) parçalanma prosesində olduğunu" bildirib və əlavə edib ki, "əgər AB fərqli bir siyasət qəbul etməsə, bütün Avropa 2026-cı ildə müharibə vəziyyətində ola bilər".

Macarıstanın Baş naziri Viktor Orban Macarıstan mətbuatına verdiyi müsahibədə Avropanın üzləşdiyi müharibə təhlükəsi ilə bağlı şərh verib. Orbandan 2025-ci ilin Avropanın son sülh ili olub-olmayacağı soruşulduqda, "Bəli. Bu ehtimalı istisna etmək olmaz" cavabını verib. O, əlavə edib ki, "Biz sülhə öyrəşmişik. Avropadakı son böyük müharibə 1945-ci ildə başa çatıb və o vaxtdan səksən il keçib. Bu, Avropa üçün son dərəcə müstəsna bir vəziyyətdir".

Macarıstan lideri Avropa qitəsindəki müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusunun qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutduğunu qeyd edərək dedi: "Bu qorxu 80 il ərzində təsirli idi. Lakin indi tamamilə fərqli bir dünya formalaşır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr