AZ

A Seriyasında ən bahalı futbolçular açıqlandı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Transfermarkt”ın yenilənmiş məlumatına əsasən, A Seriyasında çıxış edən futbolçular arasında ən yüksək bazar dəyərinə malik oyunçuların siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, siyahıya “İnter”in hücumçusu Lautaro Martinez 85 milyon avro bazar dəyəri ilə liderlik edir.

Onun ardından komanda yoldaşı Alessandro Bastoni 80 milyon avro ilə ikinci pillədə qərarlaşıb. “Yuventus”un gənc ulduzu Kenan Yıldız 75 milyon avro ilə üçüncü yerdədir.

“Milan”dan Rafael Leao 70 milyon avro ilə dördüncü pillədə yer alıb. Ən böyük artım isə “Komo” forması geyinən Niko Pazda qeydə alınıb. Argentinalı futbolçunun bazar dəyəri 10 milyon avro artaraq 65 milyon avroya yüksəlib.

Siyahının ilk 10-luğunu təqdim edirik:

Lautaro Martinez – 85 milyon €

Alessandro Bastoni – 80 milyon €

Kenan Yıldız – 75 milyon €

Rafael Leao – 70 milyon €

Niko Paz – 65 milyon €

Kristian Pulişiç – 60 milyon €

Nikolo Barella – 60 milyon €

Markus Türam – 60 milyon €

Manu Kone – 50 milyon €

Federiko Dimarko – 50 milyon €

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
fanat.az

2Mənbələr