AZ

"Mançester Yunayted"də şok itki

"Mançester Yunayted"in kapitanı və əsas aparıcı qüvvəsi olan Bruno Fernandeş zədələnərək uzun müddətə sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Aston Villa" ilə matçın (1-2) ilk hissəsində zədə alaraq fasilədə əvəzlənib. Baş məşqçi Ruben Amorim futbolçunun əzələ zədəsi (soft tissue) aldığını və onun bir müddət yaşıl meydanlardan uzaq qalacağını təsdiqləyib.

Britaniya mətbuatının məlumatına görə, Fernandesin ən azı 1 ay (və ya 5-6 oyun) komandasına kömək edə bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, kapitan "Nyukasl", "Vulverhempton", "Lids", "Bernli" və "Brayton" ilə oyunlarla yanaşı, yanvarın 17-nə təyin olunan Mançester derbisini də böyük ehtimalla qaçıracaq.

Kamil Xudiyev

Seçilən
4
fanat.az

1Mənbələr