AZ

“Fənərbaxça”nın prezidenti yenidən saxlanıldı

İstanbul Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində “Fənərbaxça”nın prezidenti Sadəttin Saran saxlanılıb.

"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən aparılan test nəticəsində Saranın narkotik maddə istifadəsi müsbət çıxıb.

Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, onun barəsində narkotik vasitələrin əldə edilməsi, istifadəsinin təşviqi və istifadəsi ilə bağlı əlavə dəlillər ortaya çıxıb. Bu səbəbdən İstanbul Vilayət Jandarma Komandanlığı əməkdaşları tərəfindən Sadəttin Saran saxlanılıb.

Seçilən
34
8
unikal.az

9Mənbələr