İstanbul Baş Prokurorluğunda narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran saxlanılıb.
Heftelik.az xəbər verir ki, Sadettin Saran narkotik maddə təmin etmə, narkotikdən istifadəyə şərait yaratmaq və narkotikdən istifadə etməkdə ittiham olunur.
Sadettin Saran sabah məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, bu gün “Fənərbaxça” prezidentinin saç nümunəsində kokain testinin müsbət çıxdığı məlum olub. Məhkəmə-tibbi ekspertiza qurumu testin nəticəsini İstanbul Baş Prokurorluğuna göndərmişdi,