AZ

Fransa qəzeti PSJ-nin rusiyalı qapıçısını ayın oyunçusu seçib

Fransanın PSJ klubunun rusiyalı qapıçısı Matvey Safonov "Le Parisien" qəzetinin jurnalistləri tərəfindən dekabr ayının ən yaxşı futbolçusu seçilib.

"Far.Az" xəbər verir ki, bu barədə qəzetin rəsmi saytı məlumat verib.

Dekabrda Paris təmsilçisinin heyətində 4 oyuna çıxan Safonov iki matçda qapısını toxunulmaz saxlayıb.

O, komandasının "Flamenqo"nu (Braziliya) məğlub etdiyi Qitələrarası Kubokun finalında penaltilər seriyasında dörd zərbəni dəf edib.

Safonov "Le Parisien" jurnalistlərindən orta hesabla 7,25 bal (maksimum 10 bal) alıb. Varren Zair-Emri ikinci (7 xal), Villian Paço üçüncü (6,31) olub. Gürcü futbolçu Xviça Kvaratsxeliya isə 6 xalla beşinci yeri tutub.

Seçilən
73
1
far.az

2Mənbələr