AZ

Real ın prezidenti Vinisiusu komandada saxlamaq niyyətindədir

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres Vinisius Junioru komandada saxlamaq niyyətindədir. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri braziliyalı futbolçu ilə müqavilənin müddətini yaxın vaxtlarda uzadacaq.

Daha əvvəl nəşrin apardığı sorğuda "Real" azarkeşlərinin 86 faizi V.Juniorun satılmasına səs vermişdi.

Vinger 2025/2026 mövsümündə La Liqa klubunun heyətində meydana çıxdığı 24 matçda 5 qola, 8 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Vinisiusun müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. 25 yaşlı hücumçu 2018-ci ilin yayından "Real"da çıxış edir. O, madridlilərin heyətində 346 oyunda 111 qol vurub və 91 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı Vinisiusu 150 milyon avro dəyərində qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sport24.az

1Mənbələr