ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Futbol tarixində Ser Aleks Ferqyusonun "Mançester Yunayted"i ilə Françesko Tottinin "Roma"sı arasındakı qarşıdurma ən yadda qalan hadisələrdən biri hesab olunur.
Fanat.Az xəbər verir ki, bu əhvalat 2007-ci ildə Tottinin İngiltərə nəhəngindən gələn transfer təklifini rədd etməsi ilə başlayıb.
Həmin vaxt Ferqyuson Tottini öz komandasında görməyi çox istəsə də, italyan ulduz "Roma"ya olan sadiqliyini hər şeydən üstün tutaraq paytaxt klubundan ayrılmaqdan imtina edib. İddialara görə, bu rədd cavabından sonra Ferqyuson mətbuat konfransında "Roma"nın ən təhlükəli oyunçusu kimi Daniele De Rossini qeyd edib, Totti haqqında suala isə "o oyunçunu tanımıram" şəklində ironik cavab verib. Totti isə buna qarşılıq olaraq "Old Trafford"da özünü tanıtdıracağını bildirib.
Lakin 2007-ci ilin aprelində Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması Totti üçün karyerasının ən kədərli gecələrindən birinə çevrilib. "Mançester Yunayted" doğma meydanında "Roma"nı 7-1 hesabı ilə darmadağın edərək turnir rekorduna imza atıb. "Roma"nın yeganə təsəlli qolunda məhsuldar ötürməni məhz Totti etsə də, bu, ağır məğlubiyyətin qarşısını almağa yetməyib.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.