Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadəttin Saran narkotiklə bağlı saxlanılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, İstanbul polisi əldə etdiyi yeni sübutlar əsasında Sadettin Saran haqqında saxlanılma tədbiri həyata keçirib.
O, indi narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərit yaradılması ittihamları üzrə istintaqa cəlb olunub.
Sadettin Saranın ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayından "Fənərbağça"da preizdent vəzifəsini icra edir.