Bununla belə, Yankoviçin Ağdam təmsilçisinin heyətində sabit şans qazanmadığı göz önündədi. Futbolçu son 5 premyer-liqa matçından ikisiini əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izləyibsə, qalan 3 matçda 169 dəqiqə meydanda olub.
Əlbəttə, “transfer pəncərəsi” ərəfəsində belə təcrübəli futbolçuların hansısa təkliflər alması təbiidi. Hər halda, “köhlən atlar” xüsusən cari mövsümdə avrokuboklarda, daha dəqiqi, Çempionlar Liqasının əsas mərhələsində qazandığı nəticələrlə dünyaya səs salıb. Odu ki, məsələyə fərqli tərəfdən yanaşaq: Yankoviçin “Qarabağ”ı tərk etməsini düzgün addım saymaq olarmı? 30 yaşlı futbolçunun karyerasının zirvəsini yaşadığı anda komanda dəyişməsi özü üçün nə dərəcədə faydalı olacaq?
Bu sualları təcrübəli menecer Tural Əsgərliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Əvvəla onu deyim ki, Yankoviçin əsas heyətdəki yerini itirdiyini düşünmürəm. Ümumiyyətlə, bu yöndə işartı yoxdu. “Qarabağ”ın heyətində müntəzəm rotasiyalar olduğundan bu cür düşünmək üçün tezdi. Futbolçuya gələn təkliflərlə bağlı məsələlər isə söz-söhbətdi. Bəli, təklif olsa, klub qəbul etsə, getmək ehtimalı var. Amma Azərbaycanın hegemon komandasını tərk edəndən sonra nələr olacağını yalnız Allah bilə bilər. Yaxşı təklif olsa, Yankoviç razılaşacaq. 30 yaşı var. Qazancı daha çox olacaqsa, “Qarabağ” onu satmağa qərar verəcəksə, deməli, düzgün addım atılacaq”.
Xatırladaq ki, Yankoviçin “köhlən atlar”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.KƏNAN BAHADIR