Fransanın PSJ futbol klubunun rusiyalı qapıçısı Matvey Safonov "Le Parisien" qəzetinin jurnalistləri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Aznews.az xəbər verir ki, bu barədə qəzetin rəsmi saytı məlumat veriB.
Dekabr ayında Paris təmsilçisinin heyətində 4 oyuna çıxan Safonov iki oyunda qapısını toxunulmaz saxlayıb.
O, komandasının "Flamenqo"nu (Braziliya) məğlub etdiyi Qitələrarası Kubok finalında penaltilər seriyasında dörd zərbəni dəf edib.