Amerikanın enerji şirkəti “HGP Intelligent Energy LLC” milli şəbəkəni enerji ilə təmin etmək üçün istismardan çıxarılmış ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindəki nüvə reaktorlarından istifadə etməyi təklif edib.
Qaziler.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.
Təklif çərçivəsində şirkət Tennessi ştatının Ok-Ridje şəhərindəki məlumat mərkəzini enerji ilə təmin etmək üçün iki reaktoru yenidən istifadə etməklə bağlı müraciət edib.
Nəşrin məlumatına görə, Texasda yerləşən enerji şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən nüvə reaktorlarını ölkənin elektrik şəbəkəsini enerji ilə təmin etmək üçün çevirməyi təklif edir.
Mənbəyə görə, əvvəllər təyyarə daşıyıcılarında və sualtı qayıqlarda quraşdırılmış reaktorların dəyişdirilməsinin dəyəri yenilərinin quraşdırılmasından xeyli ucuz başa gələcək. Layihə təxminən 360.000 evi enerji ilə təmin etmək üçün kifayət qədər 520 meqavata qədər elektrik enerjisi istehsal edə bilər. Özəl maliyyələşdirmə tələb edəcək layihənin birinci mərhələsinin 2029-cu ildə başa çatacağı gözlənilir.
QAZİLER.AZ