Çeçenistanın paytaxtı Qroznı şəhərində 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş abidənin açılışı olub.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi 25 dekabr 2024-cü il tarixində səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayıb.Təyyarədə 62 sərnişin və beş heyət üzvü olub. 29 nəfər sağ qalıb.