Papa XIV Leo Rusiyanın Milad atəşkəsi təklifini rədd etməsindən məyus olduğunu bildirib və “bütün insanları 24 saatlıq sülhə riayət etməyə” çağırıb.
Bu barədə 23 dekabrda Vatican News məlumat yayıb. Papa Kastel Qandolfodakı iqamətgahından etdiyi müraciətdə bildirib ki, onu “böyük kədərə” səbəb olan şeylər arasında Rusiyanın Milad atəşkəsi tələbini rədd etməsi də var: “Mən bir daha bütün xoşməramlı insanlara müraciət edirəm ki, heç olmasa “Xilaskarın doğum günündə sülh günü keçirsinlər”.
Ümid edirəm ki, onlar bizi eşidəcəklər və 24 saat, bütün dünyada bir günlük sülh olacaq”, – deyə Papa bildirib.
//Samir Qurbanov, Editor.az