Bakı. Trend:
Qarabağ Zəfərinin 5 illiyinin qeyd edildiyi 2025-ci il dünyaazərbaycanlılarının yaddaşına qürur, birlik və milli ruh ili kimihəkk olunub. Soydaşlarımız Zəfərimizlə bağlı 81 ölkədə100-ə yaxın tədbir təşkil etməklə Azərbaycanın onlar üçünmisilsiz qürur mənbəyi olduğunu, yola saldığımız ilin tariximizinunudulmaz mərhələsinə çevrildiyini nümayişetdiriblər.
Bu barədə Trend-ə Diasporlaİş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininənənəyə uyğun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümünasibətilə təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlıvideokonfransda Zəfər ilinin ruhu hiss olunub, görüşsoydaşlarımızda Vətənə olan sonsuz sevginin parlaq təzahürünəçevrilib.
Görüşdə 86 ölkədən 1000-ə yaxın soydaşımız iştirak edib.
Videokonfrans Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad olunması iləbaşlayıb.
DİDK sədri Fuad Muradov soydaşlarımızı salamlayıb, Prezidentİlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin uğurlunəticələrindən danışıb, diasporumuzun 2025-ci ildə birlik vəiradəsini, milli gücünü bir daha dünyaya nümayiş etdirdiyini qeydedib.
Konfransda komitənin və Azərbaycan diasporunun 2025-ci ildəkifəaliyyətini əks etdirən videohesabat təqdim olunub, xaricdəkiicmalarımızı fərqləndirən, fəaliyyətlərinə dəyər qatan layihələrbarədə danışılıb. Nəzərə çatdırılıb ki, hazırda dünyanın 20ölkəsində 31 Azərbaycan Evi, 15 Koordinasiya Şurası, yüzlərlədiaspor təşkilatı, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycanməktəbi, eləcə də Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılanQarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir.
Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilətəbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət vəqayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hərzaman Azərbaycanın və onun siyasi rəhbərliyinin yanında olduqlarınıbəyan ediblər.
Çıxış edənlər dünya azərbaycanlılarının birlik və həmrəylikiçində, koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini, Zəfərin 5iliyinin hər bir soydaşımız üçün qürurun, sevincin və millibirliyin zirvəsi olduğunu dilə gətirib, həmrəylik və sülhçağırışlarını səsləndiriblər. Dünya azərbaycanlıları 2026-cı ilinyeni ideyalar, yeni məqsədlər və yeni başlanğıclar ili olacağınaümidlərini ifadə ediblər.
Daha sonra Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdətəbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühümtöhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfliəlaqələrinin inkişafındakı səmərəli işlərinə görə bir qrup diasporüzvü “Diaspor fəaliyyətində xidmətə görə” AzərbaycanRespublikasının medalı ilə təltif olunub.
Görüşdə Azərbaycan mədəniyyətini dünyada tanıtdıran diasporüzvlərinin iştirakı ilə müxtəlif musiqi nömrələri nümayiş olunub,soydaşlarımızı birliyə, həmrəyliyə çağıran Diaspor Himnisəsləndirilib.