AZ

İlham Əliyev Azərbaycanı necə qalib ölkəyə çevirdi? - VİDEO

Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışı Prezident İlham Əliyevə həsr olunub.

Proqramda Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mədəni irsinin qorunmasından, elm və təhsilin strateji prioritetə çevrilməsindən, eləcə də güclü ordunun formalaşdırılması və əldə olunan tarixi zəfərin mənəvi-siyasi əhəmiyyətindən bəhs edilib.

Qeyd edilib ki, tarixi irsin bərpası, milli musiqinin, incəsənətin və mədəni yaddaşın yaşadılması xalqın kimliyinə verilən dəyərin təzahürüdür.

Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev hər zaman ziyalıları cəmiyyətin mənəvi dayağı, milli kimliyin daşıyıcısı kimi qiymətləndirir. Dövlət başçısının fikrincə, məhz ziyalı təbəqə xalqın düşüncəsini formalaşdırır, gənc nəslin dünyagörüşünə istiqamət verir və ölkənin intellektual potensialının qorunmasında mühüm rol oynayır.

O da bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında formalaşan güclü Azərbaycan Ordusu peşəkarlığın, intizamın və milli ruhun təcəssümünə çevrildi:

"Ordunun modernləşdirilməsi, hərbi gücün artırılması və Ali Baş Komandanın qətiyyətli qərarları tarixi qələbəni mümkün etdi. Bu zəfər təkcə hərbi uğur deyil, milli birliyin, inamın və ədalətin qalibiyyətidir".

Daha ətraflı süjetdə:

Seçilən
33
olke.az

1Mənbələr