2026-cı ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində vətəndaşların qəbulu həyata keçiriləcək.
Doğru.az xəbər verir ki, qəbul Prezident Administrasiyasının məsul vəzifəli şəxsləri, eləcə də Prezidentin xüsusi nümayəndələri tərəfindən müəyyən olunmuş tarixlərdə aparılacaq.
Qəbul cədvəlinə əsasən, ay ərzində Prezidentin köməkçiləri, Administrasiyanın müxtəlif şöbə müdirləri, Birinci vitse-prezidentin Katibliyinin rəhbəri, Prezidentin mətbuat katibi, həmçinin azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşları qəbul edəcəklər.
Qəbul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində təşkil olunacaq.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79
Qəbul saatı: 14:00-dan etibarən
Qeyd: Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.
Əlaqə: Çağrı Mərkəzi – 1111