ain.az, Newscenter.az portalına istinadən məlumat verir.
Türkiyədə məktəbliləri daşıyanh avtobus aşıb.Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sivasda baş verib. Məlumata görə, Sivasda şagirdləri daşıyan məktəb avtobusunun aşması nəticəsində 14 şagird də daxil olmaqla 15 nəfər yaralanıb.Məlumatdan sonra hadisə yerinə səhiyyə, AFAD və jandarma qrupları göndərilib. Yaralılar tibbi qruplar tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.Sivas Valiliyinin açıqlamasında bildirilib ki, Alahacı kəndindən Yıldız qəsəbəsindəki İsmət Yılmaz Çoxproqramlı Anadolu Liseyinə şagirdləri daşıyan məktəb avtobusu buzlu hava şəraiti səbəbindən aşıb. Hadisədən sonra qrupların qəza yerinə tez bir zamanda gəldiyi və yaralılara dərhal ilk tibbi yardım göstərdiyi vurğulanaraq əlavə edilib.Şeyda
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.