ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Tyerri Breton və daha dörd avropalıya tətbiq etdiyi viza məhdudiyyətlərini kəskin şəkildə tənqid edib.
Axar.az xəbər verir ki, o, bu addımı Avropa Birliyinin rəqəmsal suverenliyinə qarşı təhdid və məcburiyyət tədbiri kimi qiymətləndirib.
Makron bildirib ki, Avropa Birliyinin rəqəmsal tənzimləmə qaydaları Avropa Parlamenti və Şuranın iştirakı ilə “demokratik və suveren proses” nəticəsində qəbul edilib.
O vurğulayıb ki, bu qaydalar Avropa ərazisində ədalətli rəqabəti təmin etmək məqsədi daşıyır və heç bir üçüncü ölkəni hədəf almır.
Makron bildirib ki, AB-nin rəqəmsal məkanına aid qaydaları Avropadan kənarda müəyyən edilə bilməz. O əlavə edib ki, Fransa Avropa Komissiyası və tərəfdaşları ilə birlikdə rəqəmsal suverenliyi və tənzimləyici müstəqilliyi qorumaqda davam edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.