AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Paris şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibiRövşən Muradov ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasındagörüş keçirilib.

Trend xəbər verir ki, bubarədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Görüş zamanı tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıqimkanları barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfliəməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqiməsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkünəməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərininUNESCO-nun fəaliyyətində daha aktiv iştirakı, UNESCO-nunmissiyasının qlobal səviyyədə təbliği məsələləri və o cümlədən,UNESCO-nun Baş direktoru cənab Əl-Ananinin 2026-cı ilin martayında, Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakımüzakirə edilib.

Seçilən
34
1
az.trend.az

3Mənbələr