Bakı, TurkicWorld
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
TurkicWorld xəbər verir ki,“MJ Financial Services BOKT” ASC-nin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam edəcəkdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “MJ Financial Services BOKT” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001023162 |
| Səhmlərin növü və forması | Səhmlər sənədsiz adlı, adi |
| Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 160 ədəd |
| İlkin ticarət qiyməti | 30,001 manat |
| Buraxılış həcmi | 4,800,160 manat |
| Ticarətə buraxılma tarixi | 29.12.2025 |
| Anderrayter | "Troni İnvestisiya Şirkəti” QSC |