Livan mediasının məlumatına görə, İsrail “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyat keçirməyi planlaşdırır.
“Əl Əxbar” qəzetinin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu bu əməliyyatın keçirilməsi üçün ABŞ prezidenti Donald Trampa müraciət edəcək. İlkin məlumatlara görə, yəhudi dövləti cənubi Livanı bir neçə rayona bölməyi planlaşdırır.
Bu rayonlardan birində hərbi qüvvələr yerləşdiriləcək. Bundan əlavə, İsrail orada iqtisadi bufer zonası yaradılmasını da nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az