Burkina Faso və Ekvatorial Qvineya arasında Afrika Millətlər Kubokunun matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Mərakeşin Kasablanka şəhərindəki “Stade Mohamed V” stadionunda oynayıblar. Burkina Faso matçı 2:1 hesabı ilə qazanıb.
85-ci dəqiqədə Ekvatorial Qvineyanın müdafiəçisi Marvin Aniebo komandasına üstünlük qazandırıb. 90+5-ci dəqiqədə Burkina Faso müdafiəçisi Jorj Minungu bərabərlik qolunu vurub. 90+8-ci dəqiqədə müdafiəçi Edmond Tapsoba yekun hesabı 2:1 edib.
Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edir. Hazırkı Afrika Kubokunun çempionu Kot-d'İvuardır.