AZ

Komandasının ən yaxşısı seçildi

“Pari Sen-Jermen”in rusiyalı qapıçısı Matvey Safonov “Le Parisien” nəşri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib.

Sitat.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Safonov dekabr ayındakı idman nailiyyətlərinə görə jurnalistlərdən orta hesabla 7,25 bal alaraq komanda yoldaşlarını geridə qoyub. Siyahıda ikinci yeri 7 xalla Uorren Zaire-Emrie, üçüncü yeri isə 6,31 xalla Villian Paço tutub.

Qeyd edək ki, rusiyalı qolkiperin bu uğurunda Qətərdə keçirilən FIFA Qitələrarası Kubokun finalındakı qəhrəmanlığı həlledici rol oynayıb. Braziliyanın “Flamenqo” klubu ilə qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Safonov rəqibin dörd zərbəsini dəf edərək PSJ-yə 2:1 hesablı qələbə qazandırıb. Bununla da o, FİFA tarixində penaltilər seriyasında 4 zərbəni dəf edən ilk qapıçı kimi rekorda imza atıb.

Seçilən
18
2
sitat.info

3Mənbələr