Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Mingəçevir" I Liqanın 12-ci turunda evdə "Şahdağ Qusar"la qarşılaşıb. Meydan sahibləri ilin son oyununda xal itkisi ilə üzləşib.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun 1:1 hesablı heç-heçə nəticələnən görüşlə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yaxşı oyun alındı. Xüsusilə ikinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Dörd hücumçu ilə oynasaq da, qələbə qolunu vura bilmədik. Halbuki azı 4-5 real qol şansımız oldu. Rəqibin də haqqını vermək lazımdır, "Şahdağ Qusar" yaxşı döyüşdü. Xal itirsək də, oyunumuzdan razı qaldım. Ruhdan düşmürük. Yeni ili keçirib dincəldikdən sonra mövsümün ikinci bölümünə hazırlaşacağıq".
Qeyd edək ki, 12 oyunda 21 xal yığan "Mingəçevir" qış fasiləsinə 4-cü pillədə yollanıb.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.