AZ

BDU-nun müəllimi Aydın Quliyevi və “Bakı-Xəbər”in əməkdaşlarını təbrik etdi


Bakı Dövlət Universitetinin (BDU) müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə redaksiya əməkdaşlarının “Azərbaycan Milli Mətbuatının 150 illiyi” medalı ilə təltif olunmaları münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli Aydın bəy!

Sizi və “Bakı-Xəbər” qəzetinin dəyərli qələm sahibləri Vidadi Xudaşovu, Günel Cəlilovanı və İradə Sarıyevanı Milli Mətbuatımızın tarixi inkişafında, cəmiyyətimizin ictimai tərəqqisində, xalqımızın milli-mənəvi və siyasi-iqtisadi dəyərlərinin zənginləşdirilməsində, çalışdığınız müqəddəs jurnalistika sahəsində və Qələminizin Həqiqət yazılarında...sərf etdiyiniz ağır və şərəfli zəhmətin qarşılığında “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-1925)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməyiniz münasibəti ilə təbrik edirəm, SİZLƏRə sağlam, möhkəm can sağlığı, uzun və xeyirli/bərəkətli ömür, yaradıcı-tədqiqatçı fəaliyyətinizdə gələcək uğurlar arzu edirəm.

Dünya Azərbaycanlılarının Milli Həmrəyliyi Gününə bu cür sevindirici xəbərlərin yeni illərdə də Bütöv Azərbaycanımızdan ümumilikdə Bakı-Xəbər qəzetinin bütün yaradıcı heyətinə və əməkdaşlarınada nəsib olmasını səmimi-qəlbdən Uca Haqqdan diləyirəm”.

Seçilən
22
baki-xeber.com

1Mənbələr