AZ

Taksilərlə bağlı YENİLİK – GƏLƏN İLDƏN…

Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı tətbiq edilən yeni qaydalar 2026-cı ilə doğru daha sərt çərçivə alır. Artıq bir neçə ildir qüvvədə olan normativlərə əsasən, yaxın illərdə minlərlə avtomobil taksi fəaliyyəti göstərmək hüququnu itirə bilər.

Busaat.az bildirir ki, mövcud qanunvericiliyə əsasən, taksi kimi fəaliyyət göstərən avtomobillərin buraxılış tarixindən maksimum 8 il keçmiş olmalıdır. Bu tələb Nazirlər Kabinetinin təsdiqlədiyi “Taksi minik avtomobilləri ilə sərnişin daşınması qaydaları”nda öz əksini tapıb. Qaydaya görə, 2016-cı ildən əvvəl istehsal olunmuş avtomobillərə artıq taksi fəaliyyəti üçün yeni buraxılış kartı verilmir.

Bu məhdudiyyət 2026-cı ildə də qüvvədə qalacaq və faktiki olaraq köhnə avtomobillərin bazardan sıxışdırılmasını sürətləndirəcək. Bundan əlavə, ekoloji tələblər də əsas meyarlardan biri kimi müəyyən edilib. Qanuna görə, taksi kimi istifadə olunan avtomobillər ən azı “Euro-5” ekoloji standartına cavab verməlidir. Bu göstəricidən aşağı olan mühərrikə malik avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Məqsəd havanın çirklənməsinin azaldılması və daha ekoloji nəqliyyat vasitələrinin təşviqidir. Qanunvericilikdə həmçinin avtomobillərin texniki vəziyyəti və təhlükəsizlik standartları ön plana çəkilir. Texniki baxışdan keçməyən, konstruktiv dəyişikliklər edilmiş, təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinə taksi icazəsi verilməyəcək. Xüsusilə 15 ildən artıq istismar müddəti olan avtomobillər texniki tələblərə uyğun gəlmədiyi üçün faktiki olaraq taksi bazarından kənarda qalır. Rəng tələbləri də qaydalarda yer alır.

Son dəyişikliklərə əsasən, taksi fəaliyyəti üçün cəlb edilən yeni avtomobillər əsasən ağ və ya qırmızı rəngdə olmalıdır. Bu tələb mərhələli şəkildə tətbiq edilir və əsasən yeni qeydiyyata alınan nəqliyyat vasitələrinə şamil olunur.Sfera.az

Seçilən
21
1
busaat.az

2Mənbələr