AZ

Fransa prezidenti ABŞ-nin vizalara qadağa qərarını tənqid edib

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron öz rəsmi “X” səhifəsində ABŞhakimiyyətinin Aİ-nin daxili bazar və rəqəmsal xidmətlər üzrəkeçmiş komissarı Tyerri Bretonun, eləcə də daha bir neçəavropalının ABŞ-a girişini qadağan etmək qərarını pisləyib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Fransa ABŞ-nin Tyerri Bretona və digər dörd avropalı xadim üçünvizaların məhdudlaşdırılması ilə bağlı qərarını pisləyir”, - Makronyazıb.

O, Tramp administrasiyasının bu qərarını Avropa İttifaqınınsuverenliyinə münasibətdə rəqəmsal sahədə “xof gəlmə və məcbur etməaktı” kimi dəyərləndirib.

Fransa lideri vurğulayıb ki, Vaşinqtonun tənqid etdiyi Avropaİttifaqının rəqəmsal tənzimləməsi Avropa Parlamenti və Aİ Şurasıtərəfindən “demokratik və suveren prosesin nəticəsi olaraq” qəbuledilib. Makron qeyd edib ki, bu tənzimləmə platformalar arasında“ədalətli rəqabəti” təmin edir.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr