AZ

İtaliyanın yeni Barella sı Qalatasaray ın radar ında

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Qalatasaray” İtaliyanın “Piza” klubunda çıxış edən 19 yaşlı mərkəz yarımmüdafiəçi İsak Vuralı transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, “sarı-qırmızılar” gənc futbolçunu gələcək üçün əsas layihə oyunçularından biri kimi görür və bu keçiddə olduqca israrlıdır.

Məlumata görə, “Fənərbağça” və “Benfika” akademiyalarında yetişən İsak Vural İtaliya mətbuatında “yeni Barella” kimi dəyərləndirilir.

Daha əvvəl “Qalatasaray”la “Piza” klubları Olimpiu Morutanın transferi zamanı münasibətləri gücləndirib.

İtaliya təmsilçisi futbolçu ilə yolları ayırmaq istəməsə də, “Qalatasaray” bu transferdə israrlı mövqeyini davam etdirir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
fanat.az

3Mənbələr