Türkiyəli sosial media fenomeni Dilan Polat bacısı Sıla Doğu ilə gərginlik yaşayıb.
Ölkə.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək bacısı tərəfindən şiddətə məruz qaldığını deyib.
Belə ki, bacılar arasında mübahisə yaranıb və nəticədə Sıla Dilanı vurub. Fenomen bədənindəki yara izlərini yayımlayaraq "artıq belə bacım yoxdur" deyə, bildirib.
Onun sözlərinə görə, hadisə zamanı həyat yoldaşı Engin Polat evdə olmayıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunub. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.( axşam.az)



