AZ

Yakutiyada rekord dərəcədə şaxta qeydə alınıb...

Meteoroloqlar Yakutiyada anormal dərəcədə soyuq temperatur qeydə alıblar, temperatur əvvəlcə -51°C-yə, sonra isə -56°C-yə düşüb.

SİA xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat verib.

Kanalın məlumatına görə, Tiksi kəndinin sakinləri üçüncü gündür ki, hava şəraiti ilə mübarizə aparırlar: evlərinin giriş qapılarını qar örtüb, insanlar çölə çıxa bilmir, məktəblər və uşaq bağçaları isə bağlıdır.

Jurnalistlərin izah etdiyi kimi, sinoptiklər yaxın günlərdə temperaturun -60°C-yə düşəcəyini proqnozlaşdırırlar. Bir müddət əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri Yakutiyanın Pokrovsk şəhərində anormal dərəcədə soyuq temperatur qeydə alındığını, temperaturun -51,7°C-yə düşdüyünü bildirmişdilər.

Qeyd edək ki, bu bölgə yer üzündə ən soyuq yer kimi tanınırdı. Pokrovskdan əlavə, Yakutiyanın digər yaşayış məntəqələri də ən aşağı temperaturlara görə ilk üçlükdə yer alıb.

Olenkenski rayonunda, Suxana hava stansiyasında civə sütunu -49,4°C-yə düşüb. Krest-Xaldjai kəndində -48,7°C temperatur qeydə alınıb.

Nazlı Almuradova

Seçilən
14
1
sia.az

2Mənbələr