AZ

Kreditlərin Anderraytinqi Bölməsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin Kreditlərin Anderraytinqi Bölməsi üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kreditlərin Anderraytinqi Bölməsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri

İş barədə məlumat:

Satış bölməsi tərəfindən təqdim olunan kredit müraciətləri və limitlər üzrə anderraytinqin həyata keçirilməsi və risk dərəcəsinin qiymətləndirilməsi;

Borcalanların maliyyə vəziyyətinin və kredit öhdəliklərini icra etmə qabiliyyətinin təhlili, kredit risk reytinqlərinin hesablanması və qərarların verilməsi;

Bankın kredit siyasəti, daxili prosedurlar və Risk iştahası çərçivəsində kredit riskləri üzrə əsaslandırılmış ekspert rəyinin verilməsi və bu rəyə görə cavabdehliyin daşınması;

Müsbət rəy verilmiş kreditlərin icrasına nəzarət edilməsi, erkən xəbərdarlıq siqnalları əsasında risk strategiyalarına rəy bildirilməsi;

Zərurət yarandıqda, kreditləşmə prosesində bankdaxili metodologiya və qaydalardan kənarlaşmaların ekspert əsaslandırma ilə qiymətləndirilməsi;

Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları üzrə biliklərin tətbiqi və kredit mütəxəssislərinə təlimlərin keçirilməsi;

Birbaşa rəhbər tərəfindən tapşırılan digər funksiyaların icrası.

Namizədə tələblər:

Ali iqtisadi təhsil;

Sahə üzrə azı 5 il, biznes kreditlərinin anderraytinqi üzrə azı 2 il iş təcrübəsi

MS Office proqramlarında işləmək bacarığı;

Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

Yüksək məsuliyyət hissi;

Analitik düşüncə;

Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;

Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin Kreditlərin Anderraytinqi Bölməsi üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi/bölmə rəhbəri  göstərməyiniz xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
banco.az

1Mənbələr