AZ

Katz bildirib ki, İsrail İrandakı vəziyyəti yaxından izləyir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail müdafiə naziri İsrael Katz bildirib ki, onun nazirliyi İrandakı vəziyyəti yaxından izləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir pilotların məzun olma mərasimində deyib.

"Amerikalı tərəfdaşlarımızla birlikdə "Aslan Kimi Xalq" əməliyyatı zamanı ciddi zərər görən İran haqqında məlumatlar oxumuşam... Müdafiə Nazirliyi fəaliyyəti yaxından izləyir",- deyə o qeyd edib.

Katz əməliyyat detallarına girə bilməyəcəyini vurğulayıb. O, həmçinin regiondakı vəziyyətin 7 oktyabr 2023-cü ildən sonra dəyişdiyini bildirib.

"Amma bir prinsip mübahisəsizdir: 7 oktyabrdan əvvəl baş verənlər bir daha təkrarlanmayacaq. Biz İsrail dövlətini məhv etmək üçün təhdidlərə yol verməyəcəyik", - deyə müdafiə naziri əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
icma.az

1Mənbələr