AZ

Türkiyədəki təyyarə qəzası təxribat imiş? - Deputat DANIŞDI

"Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddadın nümayəndə heyətinə daxil olan 5 nəfərin Türkiyədə həlak olması təbii ki, hamımızı çox üzdü. Aralıq dənizini təmsil edən iki güclü ölkə - Türkiyə və Liviya arasında sıx əlaqələr mövcud idi və bu əlaqələr inkişaf etməkdədir. İnanıram ki, Türkiyə Liviya ilə birdə bu qəzanın araşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində effektli iş görəcəklər". Bunu Ajans.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, KİV-də yayılan məlumatlarda bu qəzanın texniki nasazlıqdan qaynaqlandığı qeyd olunur:

"Təbii ki, biz Türkiyə dövlət qurumlarının məlumatlarını əsas götürməli, hansısa dezinformasiyalara inanmamalıyıq. Amma fakt budur ki, Türkiyənin güclənməsi, Aralıq dənizində və digər dənizlərdə gücə çevrilməsi bu ölkəni istəməyən qüvvələri narahat edir. Hesab edirəm ki, bu hadisə təxribat olsaydı, Türkiyə tərəfi bu barədə açıqlama verərdi. Əgər təxribat ehtimalı varsa, Türkiyə mütləq bunun cavabını verər".

Seçilən
37
Ajans.az

1Mənbələr